Beyləqanda 84 yaşlı kişi fermada intihar etdi

 09:30 18.05.2023     471

Beyləqan rayonunda 84 yaşlı kişi fermada intihar edib.

Redaktor.az xəbər verir ki, hadisə mayın 17-də rayonun Dünyamalılar kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1939-cu il təvəllüdlü Həsənov Zalan Şahvələd oğlu özünə məxsus fermanın tövləsində özünü asaraq öldürüb.

Fakt üzrə Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.