Məşhur aktyor həbs edildi - FOTO

 21:55 18.05.2023     530

Tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev həbs olunub.

Redaktor.az APA-ya istinadla bildirir ki,Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilərək, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Xəbəri Rza Rzayevin vəkili Səlahəddin Cəfərov təsdiq edib.

Qeyd edək ki, tanınmış aktyor Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib. Cinayət işi 2018-ci ildən davam edir və bu gün zərərçəkənlərin birinci instansiya məhkəməsinin qərarından verdikləri apellyasiya şikayətinə baxılıb.