Goranboyda yol qəzasında piyada öldü

 09:09 20.05.2023     894

Goranboy-Tərtər avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki, avtomobil 64 yaşlı piyada Qasımov Şahin Məhəmməd oğlunu vuraraq öldürüb.

O, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır (qafqazinfo).

Vumart və Güvən reklamı Vumart Güvən