Pirallahıda ruhi xəstə itkin düşdü

 10:43 20.05.2023     362

Bakıda ruhi xəstə itkin düşüb.

Redaktor.az-ın məlumatına görə, hadisə Pirallahı rayonu ərazisində baş verib.

Məlumata görə, rayon sakini Novikov Yulian Denisoviç Pirallahı Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək onunla bir ünvanda yaşayan əmisi, ruhi əsəb xəstəsi, 1976-cı il təvəllüdlü Novikov Vladimir Lvoviçin mayın 15-də saat 06.00 radələrində yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmadığını, itkin düşdüşdüyünü bildirib.

Faktla bağlı araşdırma aparılır.