Bank kartından pul oğurlayan keçmiş məhkum saxlanıldı

 11:23 20.05.2023     492

Bakıda bank kartından pul oğurlayan şəxs saxlanılıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 16-da bir nəfərin bank kartından hesabındakı 220 manatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Nəbiyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.