Uşaqları qamçı ilə döyən müəllim barədə AÇIQLAMA
Araşdırmalar zamanı müəllimin şagirdi döyməsi hadisəsinin cari ilin yanvar ayında baş verdiyi müəyyən olunub.
Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.
O bildirib ki, hazırda müəllim və şagirdin valideynləri Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunublar:
"Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".