Məktəblini maşın vurub hər iki ayağını sındırdı

 09:54 21.05.2023     600

Tərtər rayonunda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, rayonun Qapanlı kəndində avtomobil yolu keçən azyaşlını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki ayağının bud nahiyəsinin yerdəyişən sınıqları diaqnozu qoyulub.

Azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.