Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürdü

 23:10 21.05.2023     412

Kürdəmirin Muğanlı kəndindən piyadanın ölümlü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az report-a istinadla xəbər verir ki, “Reno” markalı avtomobil yolu keçən rayon sakinini vurub.

Ağır xəsarət alan piyada elə hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Fakt araşdırılır.