Bakıda 4 maşın toqquşdu, xəsarət alan var - FOTO

 23:25 21.05.2023     505

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

Redaktor.az apa-ya istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, kəsişmədən keçən “Mercedes” markalı nəqluyyat vasitəsi Əsəd Əhmədovdan gələn “Toyota” markalı maşına çırpılıb.

Eyni istiqamətdən gələn “Hyundai” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirərək maşınını “Toyota”ya çırpıb.

Zərbənin təsirindən “Toyota” Abbas Mirzə Şərifzadə küçəsində olan “Changan” markalı maşına dəyib.

Qəza nəticəsində bir nəfər xəsarət alıb.

Üç avtomobilə ciddi ziyan dəyib.

Fakt araşdırılır.

Bakıda 4 maşın toqquşub, xəsarət alan var - FOTO Bakıda 4 maşın toqquşub, xəsarət alan var - FOTO Bakıda 4 maşın toqquşub, xəsarət alan var - FOTO Bakıda 4 maşın toqquşub, xəsarət alan var - FOTO Bakıda 4 maşın toqquşub, xəsarət alan var - FOTO Bakıda 4 maşın toqquşub, xəsarət alan var - FOTO Bakıda 4 maşın toqquşub, xəsarət alan var - FOTO