Gədəbəydə ev yandı

 23:40 21.05.2023     349

Gədəbəydə yanğın baş verib.

Redaktor.az apa-ya istinadla xəbər verir ki, hadisə rayonun Dəryirmandağ kəndində qeydə alınıb.

Kənd sakinə məxsus evdə anidən yanğın başlayıb.

Dərhal hadisə yerində FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə edilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.