Yol qəzasında xəsarət alan tələbə xəstəxanada öldü
Bir neçə gün əvvəl Bakı şəhəri ərazisində avtomobil qəzası nəticəsində xəsarət alan şəxs vəfat edib.
Redaktor.az xəbər verir ki, 20 yaşlı Cavad İsgəndərli həkimlərin səyinə baxmayaraq, bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-cü kurs tələbəsidir.