13 yaşlı qızın ərə getmək üçün qaçdığı oğlan saxlanılıb

 20:20 22.05.2023     449

Tovuz rayon sakini Ə. Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə ilə qaçması ilə əlaqədar araşdırmalar davam etdirilir.

Bu barədə Redaktor.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib:

"Qeyd edim ki, Ə. Tağıyevanın qaçdığı şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib. Hazırda müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq bu məsələ hüquqi qiymətini alacaq".

E.Qasımov onu ad əlavə edib ki, faktla bağlı əlavə məlumat veriləcək.