Bakıda qəzaya düşən moped sərnişini öldü

 09:26 23.05.2023     462

Bakıda qəzaya düşən mopedin sərnişini ölüb.

Redaktor.az xəbər verir ki, mayın 20-də Binəqədi rayonu, Cəfər Xəndan küçəsində 1984-cü il təvəllüdlü Kamil Şıxıcanovun idarə etdiyi "Toyota Prius" markalı avtomobillə 2003-cü il təvəllüdlü Elnur Məmmədzadənin idarə etdiyi moped toqquşub.

Nəticədə Elnur Məmmədzadə və mopeddə sərnişin olan 2003-cü il təvəllüdlü Cavid İsgəndərli xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq Cavid İsgəndərli ölüb (apa).