Sabirabadda evdən 9 min manat və 7 min dollar oğurlandı

 11:40 23.05.2023     375

Sabirabad şəhəri ərazisindəki evlərin birindən 9000 manat və 7000 ABŞ dolları oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, oğurluqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş E.Abbasov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.