Gədəbəydə 2 yeniyetməni avtomobil vurdu

 22:46 23.05.2023     460

Gədəbəy rayonunda 2 piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki, hadisə Gədəbəy şəhər ərazisində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən 2008-ci il təvəllüdlü N.Mahmudovu və 2010-cu il təvəllüdlü V.Bağırovu avtomobil vurub.

Hər ikisi müxtəlif bədən xəsarətləri alıblar və xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır (report).