Azərbaycanda 7 yaşlı qəfil öldü

 09:40 24.05.2023     497

Siyəzəndə bədbəxt hadisə baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, şəhər sakini, 2016-cı il təvəllüdlü uşaq qəfildən dünyasını dəyişib.

Yaxınları onu Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirsələr də o artıq xəstəxanaya çatana kimi ölüb.

Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib.
Azyaşlının ölüm səbəbinin dəqiqləşdirilməsi üçün müvafiq ekspertizalar təyin olunub.

Faktla bağlı araşdırmalar davam etdiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən