AQTA DİN-i təkzib etdi: Polis əməkdaşı qidadan ölməyib - YENİLƏNİB

 17:02 25.05.2023     1612

Mayın 24-ü axşam saatlarında 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayevin səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilməsi və daha sonra həyatını itirməsi ilə bağlı mediyada yayılmış məlumat Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə AQTA-dan APA-nın sorğusuna cavab olaraq bildirilib. Araşdırma zamanı hadisənin qida ilə heç bir əlaqəsinin olmadığı müəyyən olunub.

08:51

Mayın 25-də saat 5 radələrində polis baş serjantı, Əlahiddə Çevik Polis Alayında manqa komandiri xəstəxanada vəfat edib.

DİN-in mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq, o həyatını itirib.

Araşdırma aparılır.