Qaxda 46 yaşlı müəllim çayxanada öldü

 00:00 26.05.2023     448

Qax rayonunda çayxanada ölüm hadisəsi baş verib.

Redaktor.az report-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisindəki çayxanalardan birində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1977-ci il təvəllüdlü İlham Adil oğlu Nəzərovun çayxanada çay içən zaman qəfildən halı pisləşib. Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının briqadası çağırılıb.

Amma o, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qeyd edək ki, İlham Nəzərov Qax Uşaq İncəsənət məktəbində müəllim kimi çalışırdı.

Onun hansı səbəbdən öldüyü hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.