Qəzaya düşən uşaq öldü

 09:33 26.05.2023     293

Avtomobil qəzasında ağır xəsarət alan uşaq xəstəxanada ölüb.

Redaktor.az məlumatına görə, mayın 25-də 1987-ci il təvəllüdlü Kotusenko Ruslan Səxavət oğlu idarə etdiyi "Prius" markalı avtomobillə Hökməli-Qobu avtomobil yolunun Abşeron rayonu, Qobu qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun sol kənarındakı elektrik dirəyinə vurub.Nəticədə həmin avtomobildə sərnişin olan 2014-cü il təvəllüdlü Fətullayev Allahverdi Ruslan oğlu aldığı xəsarətlərdən Bakı şəhəri Akademik Mirqasımov adına Respublika xəstəxanasında ölüb.

 

Faktla bağlı istintaq aparılır.