Mikroavtobusla minik avtomobili toqquşdu - 15 nəfər xəsarət aldı, 3-nün durumu ağırdır - VİDEO
Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “103” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb edilib.
Redaktor.az xəbər verir ki, bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.
Hadisə nəticəsində xəsarət alan 15 nəfər TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda vəziyyəti ağır olan 3 nəfərin müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində, vəziyyətləri orta ağır qiymətləndirilən 12 nəfərin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir.
Qeyd edək ki, bu gün həbələdə hərəkətdə olan mikroavtobusla minik avtomobili toqquşub.
Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumatlara görə, qəza zamanı 10 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hazırda hadisə yerində araşdırma aparılır, xəsarət alanların şəxsiyyətləri dəqiqləşdirilir (report).