Baş Prokurorluqdan Narkoloji Dispanserdə arayış alveri barədə AÇIQLAMA - VİDEO

 16:57 26.05.2023     730

Bakı Şəhər Narkoloji Dispanserdə baş verən qanunsuzluqlara dair sosisal şəbəkə və mediada yayılan videogörüntü üzrə hazırda araşdırma aparılır.

Redaktor.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

"Araşdırma zamanı bütün xüsusatlar tam, hərtərəfli və obyektiv yoxlanılmaqla hadisəyə hüquqi qiymətin verilməsi və müvafiq qərarın qəbul olunması təmin ediləcək", - məlumatda qeyd edilib.

Xatırladaq ki, Narkoloji Dispanserdə vətəndaşların heç bir testdən keçmədən arayış almasıilə bağlı məlumatlar yayılıb.

İddialarla bağlı Baku TV-nin çəkiliş qrupu dispanserdə olub və süjet hazırlayıb. Süjetdən görünür ki, müxbir gizli çəkiliş edərək saxta arayış ala bilir və buna görə xəstəxana personalına 10 AZN ödəniş edir.

Həmçinin Mərkəzin direktoru Qalib Məmmədov arayış almaq üçün hər hansı məbləğ alındığını təkzib edib. Arayış yazan əməkdaş otağa dəvət edilib, lakin o, arayış üçün pul istədiyini inkar edib.

Çəkiliş zamanı dispanser əməkdaşlarından biri Baku TV-nin kamerasının işığını sındırıb. Media əməkdaşlarına bildirilib ki, avadanlığa ziyan vurulması ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.