Şəhid atasının adı ilə dələduzluq edən SAXLANILDI - FOTO

 17:26 26.05.2023     980

Culfada şəhid atasının adından istifadə edərək vətəndaşları işə düzəltmək adı ilə aldadan şəxs saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata göerə, Culfa Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vətən müharibəsi şəhidi Nicat Məmmədlinin şəkillərini paylaşaraq şəhid atasının adından vətəndaşları işə düzəltmək adı altında aldadaraq müxtəlif məbləğlərdə pullarını ələ keçirən Rizvan Qafarov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.