Goranboyda sel ağır fəsadlar törətdi

 17:57 26.05.2023     953

Dünən və bu gün havanın qeyri-sabit keçməsi və yağan güclü yağış Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi, Börü, Meşəli, Yenikənd və Qaraçinar kəndlərində ciddi fəsadlar törədib.

Redaktor.az xəbər verir ki, yağışlar nəticəsində Qaraçay çayında suyun səviyyəsi artıb.

Yaranan sel suları çayın yatağı ətrafında yerləşən fərdi yaşayış evlərinin həyətlərinə dolub. Nəticədə sel bir çox rayon sakinin fərdi yaşayış evinə və təsərrüfatına ziyan vurub.

Aşağı Ağcakənd qəsəbəsi və Börü kəndində avtomobil yolları bağlanıb. Hazırda yollarda hərəkətin bərpa edilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən operativ işlər görülür (report).