Gəncədə yağışlı hava qəzaya səbəb oldu, ölən var

 22:00 26.05.2023     382

Gəncədə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az apa-ya istinadla xəbər verir ki, hadisə Gəncə Şəmkir yolunun 1 kmdə qeydə alınıb. Hərəkətdə olan "Prado " ilə VAZ markalı minik maşını toqquşub. Qəza zamanı 1 nəfər ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.