Tovuz sakini minaya düşdü

 09:15 27.05.2023     363

Tovuzda mina partlayışı olub.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Hadisə bu gün səhər saatlarında rayonun Əlibəyli kəndində qeydə alınıb.

Belə ki, səhər saatlarında kənd sakini Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar.

Onun sol ayağından xəsarət aldığı bildirilir. Hazırda xəstəxanada müalicəsi davam etdirilir.