Göygöl sakini həmkəndlisini bıçaqladı

 10:14 27.05.2023     272

Göygöldə bıçaqlanma olub.

Redaktor.az xəbər verir ki, Mollacəlilli kəndində yaşayan Əhmədov Nəsrəddin Yamən oğlu həmkəndlisi Nağızadə Ayxan Elçin oğlunun barəsində nalayiq ifadələr işlətməsi səbəbindən sonuncu ilə aralarında mübahisə yaranıb.

Mübahisə zamanı Ayxan Nağızadə əvvəlcədən üzərində gəzdirdiyi bıçaqla Nəsrəddin Əhmədovu bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanıb, Ayxan Nağızadə şübəli şəxs qismində tutulub.