"Tovuzda 75 yaşlı kişinin minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır" - Prokurorluq

 10:50 27.05.2023     287

Mayın 27-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Redaktor.az xəbər verir ki, Tovuz rayon prokurorluğundan apa-ya verilən xəbərə görə, ilkin araşdırma zamanı qeyd olunan ərazidə mina partlaması nəticəsində 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun xəsarət alması müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.