Ana və azyaşlı övladını avtomobil vurdu

 13:11 27.05.2023     591

İsmayıllıda ana və övladını avtomobil vurub.

Redaktor.az apa-ya istinadla xəbər verir ki, hadisə nəticəsində rayon sakini 1984-cü il təvəllüdlü Həmidova Mətanət İntiqam qızı və övladı, 2013-cü il təvəllüdlü Kərimli Gülay Famil qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Hazırda vəziyyətləri stabildir. Faktla bağlı araşdırma aparılır.