Xaçmazda velosipedçini maşın vurub öldürdü

 14:29 27.05.2023     521

Xaçmaz şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, şəhərin Bakı prospektində Əsədullayev Yusif Seyfulla oğlu idarə etdiyi “Khazar LX” markalı avtomobillə hərəkətdə olarkən velosipedlə gələn Davidov Cavid Siracəddin oğlunu vurub.

Xəsarət alan velosipedçi hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.