Bakıda toy karvanında QƏZA:  10-a yaxın maşın toqquşdu - VİDEO

 20:54 27.05.2023     495

Bakıda zəncirvari qəza olub.

Redaktor.az xəbər verir ki, hadisə Balaxanı-Binəqədi şossesində qeydə alınıb. Toy karvanında gəlin maşını və onları müşayiət edən 10-a yaxın avtomobil bir-birinə çırpılıb.

Qəzaya düşən avtomobillər arasında gəlin maşınının da olduğu bildirilir.

Hadisə səbəbilə yolda tıxac yaranıb. Xəsarət alanların olması barədə məlumat yoxdur (lent.az).