Maşın kanala düşdü -YENİLƏNİB

 19:16 28.05.2023     471

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki,  hadisə rayonun Kolanı kəndində qeydə alınıb.

İçərisində Bərdə rayon sakinlərinin olduğu "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq kanalın yaxınlığına aşıb.

Qəza nəticəsində 2007-ci il təvəllüdlü Şahlar Saxavət oğlu Fərzəliyev dünyasını dəyişib, daha bir neçə nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar.

Qeyd edək ki, avtomobildə olanlardan birinin qəzanın baş verdiyi yerin yaxınlığında olan su kanalına düşdüyü ehtimal edilir. Buna görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***

Yuxarı Qarabağ kanalının Yevlax rayonunun Kolanı kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində 1 nəfər batıb.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə ilə əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.