İsmayıllıda baş verən qəzada polis əməkdaşı xəsarət aldı

 17:02 28.05.2023     323

İsmayıllı rayonunda ağır yol qəzası baş verib, xəsarət alanlar var.

Redaktor.az xəbər verir ki, İsmayıllı-İvanovka yolunda 31-BH-341 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili və 90-HE-183 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili toqquşub.

Hadisə zamanı avtomobillərin sürücüləri - rayonun Rusan kənd sakini 1976-cı təvəllüdlü Məmmədov Fəxrəddin Məhyəddin oğlu və Qalıncaq kənd sakini İsmayıllı rayon Polis Şöbəsinin post-patrul xidmətinin əməkdaşı 1995-ci il təvəllüdlü Bəhrəmli Səddam Fərrux oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar dərhal İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır (report).