Masallıda 10 yaşlı uşağı maşın vurdu

 22:39 28.05.2023     436

Masallıda velosipedçinin vurulması ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az apa-ya istinadla xəbər verir ki, hadisə rayonun Köçəkli kəndində qeydə alınıb.

Avtomobil, velosipedlə hərəkətdə olan 10 yaşlı Rəşid Mehdi oğlu Mehdiyevi vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirdilər ki, R.Mehdiyevin sağ bud-baldır nahiyyəsində sınıq, üzündə didilmiş yaralar var. Xəstəyə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.