Türkiyədə ağır yol qəzası oldu

 12:26 29.05.2023     585

Türkiyənin Sivas əyalətində yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Redaktor.az xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Bildirilib ki, hadisə Sivas-Kangal avtomobil yolunun Yağdonduran kəndindən keçən hissəsində baş verib.

Hadisə yerinə xilasedicilər, təcili tibbi yardım heyəti və polis əməkdaşları cəlb olunub.