Sürücü sərnişini qarət edib maşından atdı

 13:04 29.05.2023     765

Bakıda taksi sürücüsü sərnişinə qarşı soyğunçuluq edib.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, mayın 27-nə keçən gecə Binəqədi rayonu ərazisində taksi sürücüsünün sərnişinini itələyib avtomobildən düşürməsi və mobil telefonunu talayaraq getməsi barədə polisə məlumat daxil olub.

Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elməddin Səmədzadə müəyyən olunaraq saxlanılıb.

Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən