Göyçayda iki avtomobil toqquşdu, xəsarət alanlar var

 17:33 29.05.2023     449

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az apa-ya istinadla xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində baş verib. "Toyota Prado" və "VAZ-2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində "Prado" yoldan çıxaraq kənara düşüb. Hadisə nəticəsində rayon sakinləri - 1993-cü il təvəllüdlü Eminov Vasif Maarif oğlu və 2004-cü il təvəllüdlü Mirzəliyev Vüsal İlqar oğlu xəsarət alıb. Yaralılar təcili yardım avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Göyçayda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO Göyçayda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO Göyçayda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO