Oğuzda 32 yaşlı qadını maşın vurdu

 21:40 29.05.2023     687

Oğuzda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az apa-ya istinadla xəbər verir ki, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Kərmli kəndindən keçən hissəsində baş verib.

Həmin kəndin sakini, 1991-ci il təvəllüdlü Sevinc Sabir qızı İbrahimovanı “KİA” markalı minik avtomobili vurulub.

Oğuz Rayon Mərkəzi Xəstəxanasında (RMX) S.İbrahimovaya ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Şəki RMX-a göndərilib.

Faktla bağlı araşdırma aparılır.