Yeniyetmə qızlar itkin düşdü

 09:39 30.05.2023     835

Bakıda 15 yaşlı qız itkin düşüb.

Redaktor.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Abbaslı Aişən Zaur qızı evdən naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində 43-cü Polis Bölməsində araşdırma aparılır.

Gəncədə də16 yaşlı qız itkin düşüb.

Belə ki, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yaşayan 2007-ci il təvəllüdlü Orucova Aytən Mustafa qızı yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılır.