Teatrın qastrol avtobusu qəzaya düşdü - VİDEO

 14:56 30.05.2023     407

Akademik Rus Dram Teatrının heyətinin Şəkiyə qastrola aparan avtobus qəzaya düşüb.

Redaktor.az olay.az-a əldə etdiyi məlumata görə, onlar Şəki Dövlət Dram Teatrının səhnəsində “Ya, tı, on i telefon” (Mən, sən, o və telefon) tamaşasını oynamaq üçün bölgəyə yollanıblar.

Lakin gözlənilməz qəza baş verib. Truppanı Şəkiyə aparan avtobusun dəmir konstruksiyaya ilişməsi nəticəsində bir tərəfində olan pəncərələri sınıb. 

Xoşbəxtlikdən bu zaman teatrın aktyorları avtobusdan enmək üçün qapı tərəfdə olublar. Onlardan xəsarət alan olmayıb.