Fəhlə nərdivandan yıxılıb öldü

 11:54 31.05.2023     637

Abşeronda fəhlə iş yerində nərdivandan yıxılaraq ölüb.

Redaktor.az xəbər verir ki, mayın 30-da Abşeron rayonu ərazisində yerləşən anbarların birində fəhlə işləyən 1976-cı il təvəllüdlü Tahir Əhmədovun iş yerində almış olduğu xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla Tahir Əhmədovun iş yerində nərdivandan yıxılması nəticəsində almış olduğu xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.