Polis bu yeniyetməni AXTARIR

 15:46 31.05.2023     492

Cəlilabad rayonunda 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyev dünən məktəbdən sonra, təqribən, saat 18 radələrində itkin düşüb.

Redaktor.az xəbər verir ki, o, evdən çıxarkən əynində ağ köynək və əlində əl çantası olub.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, həmin azyaşlının 30 may tarixində saat 18 radələrində yaşadığı evdən çıxaraq bir daha qayıtmaması ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Hazırda P.Quliyevin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.