Goranboyda minik maşını aşdı

 19:39 31.05.2023     519

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsindən qeydə alınıb. Hərəkətdə olan minik maşını idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

 

 

22