Mingəçevirdə orta məktəb binasında yanğın oldu - FOTO

 20:18 31.05.2023     393

Mingəçevir şəhər 17 nömrəli tam orta məktəbin binasında yanğın olub.

Redaktor.az xəbər verir ki, yanğın təhsil ocağının istifadə edilməyən korpusunda qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin (FHN DYMX) Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, alovun ətrafa yayılmasının qarşısı alınıb.

Hadisənin başvermə səbəbi araşdırılır (report).