Naxçıvanda 31 yaşlı kişi öldürüldü
Şərur rayonunda 31 yaşlı kişi qətlə yetirilib, saxlanılan var.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mayın 31-də saat 19:30 radələrində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Püsyan kəndində yerli sakin, 1992-ci il təvəllüdlü Şıxəliyev Xəlil Həsən oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kəndin sakini, 1985-ci iı təvəllüdlü Nəcəfov Gündüz Nəcəf oğlu saxlanılıb.
Araşdırmalar davam etdirilir.