Goranboyda yol qəzası - Xəsarət alanlar var

 08:45 01.06.2023     662

Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində 2 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki, avtomobilin idarəetmədən çıxması nəticəsində 1994-cü il təvəllüdlü Şəfa Quluzadə və 1993-cü il təvəllüdlü Novruz Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır ( report).