Bakıda şagirdlər arasında bıçaqlanma

 09:53 01.06.2023     370

Bakıda şagird şagirdi bıçaqlayıb.

Redaktor.az qafqazinfo-ya istinadla xəbər verir ki, Sabunçu qəsəbəsində yerləşən məktəblərdən birinin 11-ci sinfində oxuyan 2006-cı il təvəllüdlü şagird Şəhidlər parkında 2007-ci il təvəllüdlü digər şagirdi bıçaqlayıb. Hadisə dünən axşam saat 21 radələrində qeydə alınıb. 

16 yaşlı oğlan Sabunçu Tibb Mərkəzinə çatdırılaraq cərrahi əməliyyat olunub. Onun dindirilməsi hələ ki, mümkün olmayıb.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.