Qadın ofisiant kafedə keçmiş sevgilisini bıçaqladı
Qaxda keçmiş sevgililər arasında mübahisə bıçaqlanma ilə nəticələnib.
Redaktor.az xəbər verir ki, rayon sakini Təbriz Qurbanov kafedə ofisiant işləyən keçmiş sevgilisi Q.Mahmudovanın yanına gələrək onun mobil telefonunu götürüb. Bir neçə saatdan sonra isə T.Qurbanov yenidən obyektə qayıdıb və Q.Mahmudova ilə mübahisə edərək onu döyüb. Qadın mübahisə zəminində oğlana bıçaqla xəsarət yetirib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, faktla bağlı Qax RPŞ-də araşdırma aparılır, müvafiq ekspertizalar təyin olunub və tərəflərin izahatları alınıb.