Növbə üstündə vurub gözünü çıxardılar

 17:35 01.06.2023     625

Gəncədə ödəmə terminalının qarşısında növbə üstündə dava düşüb.

Redaktor.az xəbər verir ki,, 1975-ci il təvəllüdlü Məmmədov Emin Xeyrəddin oğlu ilə əvvəl mübahisə edib.

Sonra Elçin Fərhadzadə adlı şəxs E.Məmmədovun baş nahiyəsinə yumruqla zərbə endirib. Nəticədə E.Məmmədovun gözü çıxıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb.

Elçin Fərhadzadə barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Gəncə Şəhər Məhkəməsində qərar elan olunub.

Qərara əsasən, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib (apa).