Hakim dələduzluqda təqsirləndirilənləri həbsdən azad etdi
Bir neçə vətəndaşa qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Ramil Şükürov, Koroğlu İbrahimov və Elçin Aslanlı məhkəmə zalından ev dustaqlığına buraxılıb.
Redaktor.az xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qərara əsasən, həmin şəxslərin müdafiəçiləri onların ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin olunub.
Məhkəmənin növbəti iclası iyulun 5-nə təyin edilib.
Qeyd edək ki, hər üç şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda dələduzluq) maddələri ilə ittiham olunub.