Bir tondan artıq çətənə bitkisi müəyyən edilərək yandırıldı

 11:34 03.06.2023     355

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Davudlu kəndi ərazisində xidmətdə olan zaman Bərgüşad çayının sahilində çətənə kolları aşkar ediblər.

Redaktor.az xəbər verir ki, əraziyə Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə RPŞ-nin istintaq qrupu baxış keçirib.

Qeyd olunan ərazidə yabanı halda bitən çəkisi 1 tondan artıq 1673 ədəd çətənə bitkisi müəyyən edilib və təhlükəsizlik tədbirlərinə riayət edilməklə toplanaraq yandırılma üsulu ilə məhv edilib.

Bir tondan artıq çətənə bitkisi müəyyən edilərək yandırılıbBir tondan artıq çətənə bitkisi müəyyən edilərək yandırılıb